<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Hüzuruna gəldim, tanıdım Səni İL453</title>
<lyrics>[V1]
 Hüzuruna gəldim, tanıdım Səni
 Bildim, Sən olmusan məni yaradan.
 Atamdan, anamdan doğulsam da mən,
 İlk ata - ananı Sənsən yaradan.

[C1]
   Əzəl və son Sən imişsən, Sən,
   Xilas, həyat ancaq Səndədir, Səndə.

[V2]
 Bildim ki, əzəldən var imişsən Sən,
 Başlanğıc da Sənsən, son da Səndədir.
 Həyat çörəyi də Sən imişsən, Sən,
 Hikmət və həqiqət ancaq Səndədir.

[V3]
 Səhrada yanana bulaq imişsən,
 Şaxtada donana günəşli bir yay.
 Zülmətdə qalana işıqlı bir Ay,
 Ümid çırağı da ancaq Səndədir.

[V4]
 Xilas vəd etmisən bütün dünyaya,
 Lütfünü vermisən seçdiyin cana.
 Günahı yumusan Müqəddəs Qanla,
 Xilas da, həyat da ancaq Səndədir.</lyrics>
<hymn_number>453</hymn_number>
</song>